...

Blinken fevralın 28-də Qazaxıstana səfər edəcək

Dünya xəbərləri Materials 24 Fevral 2023 07:01 (UTC +04:00)
Blinken fevralın 28-də Qazaxıstana səfər edəcək

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-də Qazaxıstana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyindən bildirilib.

"28 fevral 2023-cü ildə ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstana ilk rəsmi səfərini edəcək. Dövlət katibi Astanada səfərdə olarkən Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul ediləcək və Qazaxıstanın Baş nazirinin müavini - Xarici İşlər Naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacaq", - deyə XİN-dən bildirilib.

Bildirilir ki, həmin gün Astanada E.Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələri və ABŞ-ın xarici işlər nazirlikləri rəhbərlərinin "C5+1" formatında görüşü keçiriləcək.

"Gündəliyə ABŞ ilə regional əməkdaşlığın və tərəfdaşlığın gələcək inkişafı məsələləri daxildir", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti