...

Kanadada fevralda itkin düşən təyyarənin qalıqları aşkarlanıb

Dünya xəbərləri Materials 6 Mart 2023 05:11 (UTC +04:00)
Kanadada fevralda itkin düşən təyyarənin qalıqları aşkarlanıb

Bakı. Trend:

Xilasetmə qrupları Kanadanın Ontario əyalətinin şimalında fevralın 28-də itən kiçik təyyarənin qalıqlarını tapıb.

Trend xəbər verir ki, bu barədə "CTV" telekanalı məlumat yayıb.

Yerli nəqliyyat şirkətinə məxsus "Cessna 208" fevralın 28-də Nakina yaşayış məntəqəsdindən havaya qalxsa da, təyinat yerinə - Fort-Houp qəsəbəsinə çatmayıb. Təyyarənin qalıqları ucqar ərazidə tapılıb. "Cessna 208"in göyərtəsində pilot və sərnişin olub, onlar ölüb.

Hazırda müstəntiqlər təyyarənin qəzaya uğramasının səbəblərini araşdırır. Qəza ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti