...

Kanada Ukrayna ərazisinin minalardan təmizlənməsi üçün 2,2 milyon dollar ayıracaq

Dünya xəbərləri Materials 8 Mart 2023 05:42 (UTC +04:00)
Kanada Ukrayna ərazisinin minalardan təmizlənməsi üçün 2,2 milyon dollar ayıracaq

Bakı. Trend:

Kanada hakimiyyəti Ukraynada minalardan təmizləmə proqramları üçün 3 milyon Kanada dolları (2,2 milyon dollar) ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Kanadanın baş naziri Castin Trüdo deyib.

"Biz, həmçinin Ukraynada minalardan təmizləmə üçün 3 milyon dollar ayıracağıq", - deyə baş nazir Kinqstonda (Ontario) Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə mətbuat konfransında bildirib.

C.Trüdo əlavə edib ki, Ottava Polşada keçirilən ukraynalı istehkamçıların təlim proqramını "ən azı payıza qədər" uzadacaq və Ukrayna hərbçilərinə tibbi bacarıqlar öyrətmək üçün təlimatçılar göndərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti