...

"Goldman Sachs" süni intellektə görə işini itirəcək insanların sayını açıqlayıb

Dünya xəbərləri Materials 29 Mart 2023 14:55 (UTC +04:00)
"Goldman Sachs" süni intellektə görə işini itirəcək insanların sayını açıqlayıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın "Goldman Sachs" investisiya bankı süni intellektin iş dünyasına inteqrasiyası ilə bağlı araşdırma aparıb.

Trend-in məlumatına görə, araşdırmalara əsasən süni intellekt 300 milyon tam ştatlı işi əvəz edəcək. ABŞ və Avropada hazırkı işçi qüvvəsinin 25 faizinə ehtiyac olmaya bilər.

"Goldman Sachs" hesabatına görə, 300 milyon iş süni intellektin əlində olsa da, bəşəriyyət bundan faydalana bilər. Çünki süni intellektin iş həyatına inteqrasiyası yeni iş sahələrinin yaranmasına kömək edəcək. Ayrıca xidmət və istehsal qlobal miqyasda təxminən 7 faiz artacaq.

"Goldman Sachs" süni intellektin ən çox təsirlənəcəyi sahələri araşdırıb.

1) İnzibati sahə - 46%

2) Hüquq sahəsi - 44%

3) Tikinti - 6%

4) Baxım və təmir işlərinin isə 4%-i süni intellektin iş həyatına inteqrasiyasından təsirlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti