...

Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək

Dünya xəbərləri Materials 2 Aprel 2023 04:27 (UTC +04:00)
Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək

Bakı. Trend:

Bu gün Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək.

Trend xəbər verir ki, hazırkı dövlət başçısı Milo Cukanoviç və "Avropa indi" hərəkatının nümayəndəsi, keçmiş iqtisadi inkişaf naziri Yakov Milatoviç prezidentlik uğrunda mübarizə aparacaqlar.

Seçki məntəqələri ölkə üzrə saat 07:00-da açılacaq, saat 20:00-da bağlanacaq. Səsvermə prosesini 1000-dən çox müşahidəçi izləyəcək.

Dövlət Seçki Komissiyasının məlumatına görə, martın 19-da keçirilən seçkilərin birinci turunun nəticələrinə görə, Cukanoviç 35,37 faiz, Milatoviç 28,92 faiz səs toplayıb. İlk turda Milatoviçin hazırkı prezidentdən geri qalmasına baxmayaraq, ikinci turda favorit məhz o hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti