...

Peruda avtobus uçurumdan aşıb, 10 nəfər ölüb

Dünya xəbərləri Materials 11 Aprel 2023 08:12 (UTC +04:00)
Peruda avtobus uçurumdan aşıb, 10 nəfər ölüb

Bakı. Trend:

Perunun qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "La Republica" qəzeti xəbər verib.

Məlumata əsasən, qəza zamanı Huanuko şəhərindən Limaya gedən avtobusda 76 nəfər olub. Xəsarət alanlardan 12-si aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Sərnişin daşıyan nəqliyyat şirkətindən bildirilib, avtobus yük maşını ilə toqquşaraq uçurumdan aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti