...

Türkiyə sahillərində 35 qeyri-qanuni miqrant xilas edilib

Dünya xəbərləri Materials 12 Aprel 2023 06:02 (UTC +04:00)
Türkiyə sahillərində 35 qeyri-qanuni miqrant xilas edilib

Bakı. Trend:

Türkiyənin Balıkesir əyalətinin Ayvalık rayonu sahillərində 35 qeyri-qanuni miqrant xilas edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığından məlumat verilib.

Bildirilir ki, sığınacaq axtaranlarla dolu qayıq Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına qovulub. Müvafiq məlumat daxil olduqdan sonra Türkiyə sahil mühafizəsinin qayığı miqrantların yanına göndərilib.

Miqrantlar xilas edilərək sahilə çıxarılıb.

Müvafiq prosedurlardan keçdikdən sonra bütün qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti