...

Kılıçdaroğlu TOGG istəyirsə, pulunu verib alsın - Ərdoğan

Dünya xəbərləri Materials 13 Aprel 2023 10:22 (UTC +04:00)
Kılıçdaroğlu TOGG istəyirsə, pulunu verib alsın - Ərdoğan

Bakı. Trend:

Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu yerli avtomobilimiz olan TOGG istəyirsə, pulunu verib alsın.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Kılıçdaroğlunu TOGG-un zavoduna baxmağa dəvət edib, lakin o gəlməyib.

Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, aprelin 12-də isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türkiyənin ilk elektrik avtomobili "Togg" təqdim olunub.

Bundan başqa, yaxın günlərdə Prezident Sərdar Berdiməhəmmədovun sifarişinə əsasən "Togg" Türkmənistana da göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti