Bakı. Trend:
Meksika prezidenti Andres Manuel Lopes Obrador yenidən koronavirusa yoluxduğunu, lakin özünü yaxşı hiss etdiyini deyib.
Trend-in məlumatına görə, bu barədə dövlət başçısı öz "Twitter" səhifəsində yazıb.
"COVID-19 üçün testim pozitiv çıxıb. Xəstəlik ağır keçmir. Ürəyim 100 faiz işləyir", - deyə o bildirib.
Meksika prezidenti Yukatan ştatına səfərini təxirə salmaq məcburiyyətində qaldığını və yaxın günlərdə ənənəvi səhər mətbuat konfransları keçirməyəcəyini də bildirib.
69 yaşlı prezident üçüncü dəfə COVID-ə yoluxub. İlk dəfə o 2021-ci ilin yanvarında koronavirusa yoluxub.