Bakı. Trend:
İtaliyanın şimalındakı Emilia-Romanya vilayətində yağan güclü yağış və daşqınlar bölgəyə təxminən 1 milyard avro ziyan vurub.
Trend-in məlumatına görə, bu barədə qubernator müavini İrene Priolo deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində təxminən 1 milyard avro dəyərində ziyan vurulub.
İ.Priolo əlavə edib ki, ötən həftə bölgədə hava təhlükəsinin "qırmızı" səviyyəsi elan edildiyi üçün hakimiyyət oraqanları təhlükəsizlik baxımından insanların təxliyəsinə göstəriş verməyə hazırdır.