...

"Tesla" avtomobilləri "Samsung" imzasını daşıya bilər

Dünya xəbərləri Materials 16 May 2023 10:26 (UTC +04:00)
"Tesla" avtomobilləri "Samsung" imzasını daşıya bilər
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Samsung"-un İdarə Heyətinin sədri Lee Jae-yong bu yaxınlarda "Tesla"-nın baş direktoru İlon Mask ilə görüşüb. Avtomobil prosessorlarının istehsalı ilə bağlı keçirilən görüşdə mühüm irəliləyişlər olub.

Trend xəbər verir ki, "Tesla" bundan sonra istehsal edəcəyi avtomobillərində FSD (Tam Avtonom Sürücülük) texnologiyası üçün çip təchizatçısı axtarır. Bu baxımdan ən iddialı namizədin "Samsung" olduğu bildirilir. İki şirkət arasında razılıq əldə olunarsa, "Samsung" "Tesla" markalı avtomobillərin prosessorlarını istehsal edəcək. Bu prosessorların dizaynı "Tesla"-ya məxsus olacaq.

Artıq "Tesla" və "Samsung" arasında çoxlu əməkdaşlıq mövcuddur. Hazırda Koreya texnologiya nəhəngi "Tesla"-nı batareyalar, "Exynos Auto" prosessorları və kamera sensorları ilə təmin edir.

Görüşdən sonra şirkətlərdən hələ ki, dəqiq açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti