...

Maykl Duqlas Kann Film Festivalında "Qızıl Palma budağı" mükafatını qazanıb

Dünya xəbərləri Materials 17 May 2023 03:16 (UTC +04:00)
Maykl Duqlas Kann Film Festivalında "Qızıl Palma budağı" mükafatını qazanıb

Bakı. Trend:

Kann Film Festivalının fəxri "Qızıl Palma budağı" çərşənbə axşamı aktyor Maykl Duqlasa təqdim edilib.

Trend-in məlumatına görə, təqdimat mərasimi "TF1" telekanalının efirində yayımlanan festivalın açılış mərasimində baş tutub.

"Dünyada yüzlərlə festival var, ancaq yalnız bir Kann var. Bu festivalın 76 yaşı var, amma mənim yaşım daha çox adur", - deyə sentyabrda 79 yaşı tamam olacaq aktyor zarafat edib.

Mükafatı M.Duqlas kinonun inkişafına verdiyi görkəmli töhfəyə görə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti