...

ABŞ-da bu ştatın bütün sakinlərinə "TikTok" qadağan edildi

Dünya xəbərləri Materials 18 May 2023 13:49 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Montana ştatında "TikTok" da daxil olmaqla "ByteDance" şirkətinin bütün xidmətləri bütün sakinlərə qadağan edilib.

Trend-in məlumatına görə, qərara əməl etməyənlərə qarşı ciddi cərimələr tətbiq olunacaq.

Qanun 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək.

Qeyd edək ki, "TikTok" uzun müddətdir ki, dünyanın bir çox yerində, xüsusən də ABŞ-da və Avropa Birliyi ölkələrində mübahisəli məqamdadır. Tətbiqin sahibi olan "ByteDance" şirkətinin Çin hökuməti ilə əməkdaşlıq etdiyi düşünülür. ABŞ və Kanadadakı, eləcə də Avropa Birliyindəki bəzi dövlət qurumları öz işçilərinə "TikTok"dan istifadəni qadağan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti