...

Zelenski Yaponiyada G7 sammiti çərçivəsində Baydenlə görüşəcək

Dünya xəbərləri Materials 20 May 2023 07:45 (UTC +04:00)
Zelenski Yaponiyada G7 sammiti çərçivəsində Baydenlə görüşəcək

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammitində şəxsən iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib

"Bəli, mən bunu təsdiq edə bilərəm", - deyə A.Yermak bildirib.

Onun sğzlərinə görə, V.Zelenski ABŞ Prezidenti Co Baydenlə beynəlxalq təyyarə koalisiyasının yaradılması və “bir çox başqa məsələləri” müzakirə etmək üçün “yaxın günlərdə görüşəcək”

"Bu gün biz rəsmi olaraq təyyarə koalisiyasının yaradılması haqqında deyə bilərik və bu, Ukraynanın tezliklə səmanı, şəhərlərimizi və vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyə sahib olacağını deməyə əsas verir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti