...

"Saudi Aramco" Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb

Dünya xəbərləri Materials 6 İyun 2023 06:46 (UTC +04:00)
"Saudi Aramco" Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.

Trend xəbər verir ki, "Arab Light" markalı neftin qiyməti 0,45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2,55 ABŞ dolları yüksək olacaq.

"Saudi Aramco" Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.

ABŞ və Avropadakı alıcılar üçün "Saudi Aramco" tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti