...

Adanada İspan Patriot batalyonunda təhvil-təslim mərasimi keçirilib

Dünya xəbərləri Materials 21 İyun 2023 15:03 (UTC +04:00)

Bakı. Trend:

Adanada yerləşdirilən İspaniyanın Patriot Hava Hücumundan Müdafiə Sisteminin batalyonunun təhvil-təslim mərasimi keçirilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Adananın İncirlik Hərbi Hava Bazasında yerləşdirilmiş batalyonda olan ispan əsgərləri vəzifələrini yeni gələn yoldaşlarına təhvil veriblər.

Məlumat üçün bildirək ki, İspaniyanın “Patriot” batalyonu yeddi ildən çoxdur ki, Türkiyədədir. İspaniyaya aid olan “Patriot” batalyonu 26 yanvar 2015-ci il tarixindən etibarən NATO çərçivəsində Türkiyəyə “Anti-Ballistik Raket” dəstəyi verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti