...

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 30 İyun 2023 03:52 (UTC +04:00)
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlərin vəziyyəti və regional məsələlər müzakirə edilib. Prezidentlər həmçinin Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər.

Dövlət başçıları Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə də İslam dünyasına sülh, əmin-amanlıq və firavanlıq gətirməsini qarşılıqlı arzuladıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti