...

ABŞ-da silahlı insident nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb

Dünya xəbərləri Materials 4 İyul 2023 07:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Pensilvaniya ştatının Filadelfioya şəhərində silahlı şəxs insanlara atəş açıb.

Trend xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb.

Məlumata əsasən, silahlı insident nəticəsində 4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Bidirilir ki, hadisə ilə əlaqədar 1 nəfər polislər tərəfindən saxlanılıb.

Qeyd edilir ki, insanlara atəş açan şəxsin üzərindən tüfəng və tapança götürülüb.

Hadisənin səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti