...

Uçuşlara qadağa qoyulan Vnukovo hava limanı fəaliyyətini bərpa etdi

Dünya xəbərləri Materials 4 İyul 2023 10:00 (UTC +04:00)

Bakı. Trend:

Vnukovo hava limanı təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlərin tətbiqindən sonra Moskva vaxtı ilə saat 08:00-dan etibarən fəaliyyətini bərpa edib.

Trend xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.

"İyulun 4-də Moskva vaxtı ilə saat 08:00-dan etibarən Vnukovo hava limanı fəaliyyətini bərpa edib", - məlumatda deyilir.

Bundan əvvəl Vnukovoda iyulun 4-də Moskva vaxtı ilə saat 05:10-dan hava limanından asılı olmayan səbəblərə görə təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər tətbiq edilib. Mənbənin məlumatına görə, Vnukovodan paytaxtın digər hava limanlarına 14 reys yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti