Bakı. Trend:
2022-ci ilin əvvəlindən dünyada 88 mindən çox meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
"2022-ci il yanvarın 1-dən etibarən ÜST-nin bütün 6 regionunda 112 üzv dövlətdən meymunçiçəyinə yoluxma halları barədə ÜST-ə məlumat verilib. 11 iyul 2023-cü il tarixinədək ümumilikdə 88 288 laboratoriyada təsdiqlənmiş və 1 084 ehtimal olunan yoluxma halı, həmçinin 149 ölüm halı qeydə alınıb", - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, son həftədə (3 iyul - 9 iyul) 83 meymunçiçəyinə yoluxma halı aşkar edilib ki, bu da əvvəlki həftə (26 iyun - 2 iyul) ilə müqayisədə 9,2% (76 yoluxma) çoxdur.
2022-ci ilin əvvəlindən ən çox yoluxma halları ABŞ (30 324), Braziliya (10 961) və İspaniyada (7 559) qeydə alınıb.