...

BMT-dən Rusiyaya ÇAĞIRIŞ - 345 milyon insan qida çatışmazlığı ilə üzləşə bilər

Dünya xəbərləri Materials 18 İyul 2023 11:05 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-də Rusiyaya taxıl müqaviləsinə geri dönməsi ilə bağlı çağırış olub.

Trend xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Ukraynada keçirilən sessiyasında iştirakçılar Rusiyanı Qara dəniz taxıl dəhlizi sazişinə qayıtmağa çağırıblar.

BMT-nin Baş katibinin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə müavini Rozmari DiKarlo bu il 79 ölkədən təxminən 345 milyon insanın qida çatışmazlığı ilə üzləşəcəyinin proqnozlaşdırıldığını bildirib. "Qara dəniz taxıl dəhlizi sazişi 33 milyon ton ərzağın ixracına imkan yaradıb. Qlobal ərzaq qiymətlərinin ucuzlaşmasına səbəb olub", - deyə o açıqlayıb.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də Rusiyanı masa arxasına qayıdaraq Qara dəniz taxıl dəhlizi sazişini müddətsiz olaraq uzatmağa və tam şəkildə icra etməyə çağırıb.

Xatırladaq ki, Qara dəniz taxıl dəhlizi sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti