...

"Telegram" istifadəçilərinin NƏZƏRİNƏ

Dünya xəbərləri Materials 21 İyul 2023 12:58 (UTC +04:00)
"Telegram" istifadəçilərinin NƏZƏRİNƏ

Bakı. Trend:

Android və iOS sistemlərində "Telegram" messencerinin pulsuz versiyasına hekayələrə baxmaq rejimi əlavə edilib.

Trend xarici mediaya istinadən xəbər verir ki, istifadəçilər üçün müvafiq funksiya "App Store" və "Google Play" proqram mağazalarında messencerin yeniləməsində peyda olub.

Eyni zamanda, messencerdə hekayələrin dərci funksiyası iyulun 20-də peyda olub, o, yalnız premium abunəsi olan istifadəçilər üçün əlçatandır.

"Telegram"ın qurucusu Pavel Durov ötən ayın sonunda "Telegram"da hekayə formatının yaradıldığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti