Bakı. Trend:
Nigeriyada baş verən silahlı hücumda 34 ölüb.
Trend xəbər verir ki, bu barədə Nigeriyanın yerli mətbuatında xəbər yayılıb.
Məlumata görə, Nigeriyanın Zamfara əyalətinin yerli təhlükəsizlik xidmətinin əməkdaşı İsmayıl Maqaji silahlı şəxslərin əyalətin Dan Qulbi bölgəsində silahlı hücum təşkil etdiyini bildirib.
Maqaji hücumda aralarında 7 əsgər olmaqla 34 nəfərin həlak olduğunu, çoxlu sayda insanın yaralandığını deyib.
Qeyd edək ki, Nigeriyanın Zamfara əyaləti 5 ildir ki, silahlı dəstələrin hücumları ilə üz-üzə qalır.