...

Avstraliyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

Dünya xəbərləri Materials 29 İyul 2023 03:04 (UTC +04:00)
Avstraliyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

Bakı. Trend:

Avstraliyanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.

Trend xəbər verir ki, “9News” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarənin ekipajı “Talisman Saber” hərbi təlimlərində iştirak edirmiş.

Hamilton adasının yaxınlığında qəzaya uğrayan helikopter təlimlər zamanı ABŞ və Avstraliya hərbçilərinin qarşılıqlı fəaliyyətini əlaqələndirmək üçün təlim manevrləri həyata keçirirmiş.

Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğradığı yerdə hadisənin səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti