...

Hakan Fidan İtaliya XİN başçısı ilə taxıl dəhlizi barədə müzakirələr aparıb

Dünya xəbərləri Materials 8 Avqust 2023 15:05 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidanla İtaliyanın xarici işlər naziri Antonio Tajani arasında telefon danışığı olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, tərəflər telefon danışığı zamanı Qara dəniz Taxıl Dəhlizi Sazişi, ikitərəfli və regional inkişaflar barədə müzakirələr aparıb.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, ölkəsi taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti