...

Moskvadakı partlayışda 12 nəfər itkin düşüb, ölən var

Dünya xəbərləri Materials 10 Avqust 2023 10:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda baş verən güclü partlayışdan sonra 12 nəfər itkin düşüb.

Trend bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Hadisə nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, bir qadın isə xəstəxanada vəfat edib.

Güclü partlayış nəticəsində, 111 tikili, o cümlədən, 100-ə yaxın yaşayış evi zərər görüb. Həmçinin, zavodun qazanxanası sıradan çıxıb.

Partlayışın texnoloji proseslərin pozulması nəticəsində baş verdiyi qeyd olunur.

Xatırladaq ki, dünən Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti