...

Moskva yaxınlığında PUA qalıqlarının yerə düşməsi nəticəsində iki nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 21 Avqust 2023 11:40 (UTC +04:00)
Moskva yaxınlığında PUA qalıqlarının yerə düşməsi nəticəsində iki nəfər xəsarət alıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskva yaxınlığında səhər saatlarında pilotsuz uçuş aparatının (PUA) qalıqlarının yerə düşməsi nəticəsində iki nəfər xəsarət alıb.

Trend-in xəbərinə görə, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev özünün "Telegram" kanalında məlumat verib.

Bildirilib ki, xəsarət alanlardan biri kişi, digəri isə qadındır. Kişi xəstəxanaya yerləşdirilib, qadın isə xəstəxanada yatmaqdan imtina edib.

Hadisə nəticəsində, həmçinin, üç evin pəncərəsinin sındığı deyilir. Fövqəladə hallar xidmətləri hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Moskva yaxınlığında iki PUA vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti