...

İran yeni pulotsuz uçuş aparatı hazırladı

Dünya xəbərləri Materials 22 Avqust 2023 19:00 (UTC +04:00)
İran yeni pulotsuz uçuş aparatı hazırladı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran uçuş məsafəsi 2 min kilometr olan yeni pulotsuz uçuş aparatını (PUA) təqdim edib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

"Mühacir-10" adlı aparatın 300 kq-dək yük daşıma qabiliyyətinin olduğu deyilir. Cihaz kəşfiyyat məlumatları toplamaq üçün sistemlə təchiz olunub. PUA-nın müxtəlif növ silahları daşımaq qabiliyyətinə malikdir.

İstehsalçıların məlumatına görə, dron sutka ərzində havada qala bilir.

Pilotsuz uçuş aparatı İranda Müdafiə sənayesi gününə həsr olunmuş tədbirdə nümayiş etdirilib. Tədbirdə İran prezidenti İbrahim Rəisi də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti