...

Yakutiyada meşə yanğınları davam edir

Dünya xəbərləri Materials 29 Avqust 2023 10:10 (UTC +04:00)
Yakutiyada meşə yanğınları davam edir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Yakutiya Respublikasında 37 min hektardan yuxarı ərazidə meşə yanğınları davam edir.

Trend xəbər verir ki, bu barədə respublikanın ekologiya, təbiətdən istifadə və meşə təsərrüfatı nazirinin müavini Andrey Konoplev brifinqdə deyib.

O, Yakutiyada ümumilikdə 16 meşə yanğınının davam etdiyini bildirib.

Respublikanın Ekologiya Nazirliyindən verilən məlumata görə, daha çox yanğın Olekminsk rayonu ərazisində qeydə alınıb. Həmçinin bildirilib ki, yanğınların böyük hissəsi əlçatmaz ərazilərdə baş verir və burada yanğının texnika cəlb etmədən, söndürülməsi üzrə işlər görülür.

Qeyd edək ki, Yakutiya Rusiyanın yanğın təhlükəsi ən yüksək olan ərazilərindən biridir. Burada meşələrin ümumi sahəsi ərazinin 83,4%-ni tutur. Yanğın mövsümü başlayandan respublikada təxminən 1,5 milyon hektar sahədə 780 meşə yanğını qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti