...

Türkiyədə TCG sualtı qayığı ziyarətə açılacaq

Dünya xəbərləri Materials 29 Avqust 2023 15:01 (UTC +04:00)
Türkiyədə TCG sualtı qayığı ziyarətə açılacaq

Bakı. Trend:

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus "TCG 18 Mart" (S-355) sualtı qayığı sabahdan etibarən 30 avqust Zəfər bayramı münasibətilə Samsun limanında ziyarətə açılacaq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, gün ərzində saat 10.00-12.00 və 13.30-17.00 arasında vətəndaşlar sualtı qayığı ziyarət edə bilər.

Qeyd edək ki, "TCG 18 Mart" (S-355) Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqlardan biridir. Preveze sinfinə aiddir. 28 iyul 1994-cü ildə inşa edilən sualtı qayıq 25 avqust 1997-ci ildə istifadəyə verilib, 28 iyun 1998-ci ildə isə Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti