...

İsveçrə də NATO-ya qoşulacaq?

Dünya xəbərləri Materials 1 Sentyabr 2023 15:18 (UTC +04:00)
İsveçrə də NATO-ya qoşulacaq?
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO Hərbi Komitəsinin keçmiş sədri, Bundesverin baş müfəttişi Harald Kuyat İsveçrənin NATO-ya qoşulma ehtimalını şərh edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, İsveçrənin neytrallığı sayəsində təhlükəsizlikdə olduğunu və bu mövqeyi bütün qüvvəsi ilə qoruyub saxlamalı olduğunu bildirib.

NATO Hərbi Komitəsinin keçmiş sədri əlavə edib ki, İsveçrənin ittifaqa daxil olması ölkənin qarşıdurmalara cəlb olunacağı anlamına gəlir.

Qeyd edək ki, İsveçrənin Müdafiə Nazirliyindən bildiriblər ki, ölkə Şimali Atlantika İttifaqına üzv olmağı planlaşdırmır və neytrallıq siyasətinə sadiq qalır. Həmçinin, o da əlavə olunub ki, NATO ilə əməkdaşlığın gücləndirilməsi bu prinsiplərə zidd deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti