...

Rusiyada yol-nəqliyyat hadisəsi baş verib - 11 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2023 11:17 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərində sərnişin avtobusu dirəyə çırpılıb, xəsarət alanlar var.

Trend xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti üzrə yol polisi idarəsi məlumat yayıb.

İlkin məlumatlara görə, avtobus sürücüsü idarəetməni itirib və dirəyə çırpılıb. Yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər tibbi yardım üçün müraciət edib.

Qəza yerində bir neçə yol polisi dəstəsinin fəaliyyət göstərdiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti