...

Cozep Borrell Gürcüstana bu tarixdə səfər edəcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 12:41 (UTC +04:00)
Cozep Borrell Gürcüstana bu tarixdə səfər edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstana 7-8 sentyabr tarixlərində səfər edəcək.

Trend Gürcüstan mediasına istinadən xəbər verir ki, səfər barədə məlumatı Avropa Xarici Fəaliyyət Xidmətindən təsdiqləyiblər.

"Aİ nümayəndəsinin hazırkı vəzifədə ölkəyə ilk səfəri Gürcüstanın Avropaya inteqrasiyası prosesini müzakirə etmək, o cümlədən, daha geniş xarici siyasət və regional məsələlərinə dair fikir mübadiləsi aparmaq üçün imkan yaradacaq", - məlumatda deyilir.

Qeyd edilib ki, Borreli Gürcüstan prezidenti Salome Zurabişvili qəbul edəcək.

Həmçinin, Aİ-nin nümayəndəsinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili də görüşü planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti