...

Çin çip sənayesini inkişaf etdirmək üçün 40 milyard dollarlıq dövlət fondu yaradacaq

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 08:29 (UTC +04:00)

Bakı. Trend:

Çin yarımkeçirici sektoru üçün təxminən 40 milyard dollarlıq investisiya fondu yaratmağa hazırlaşır. Fond dövlət tərəfindən dəstəklənəcək.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib. Məlumata əsasən, məqsəd bu sahədə rəqib ölkələrdən geri qalmamaqdır.

Bildirilib ki, bu, Çində Sənaye İnvestisiya Fondu tərəfindən yaradılan üç fonddan ən böyüyü olacaq.

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkənin yarımkeçirici istehsalına üstünlük verərək, bu sahədə özünü təminetmə səviyyəsinə nail olmağın vacibliyini vurğulayıb. Vaşinqtonun son bir neçə il ərzində sözügedən sahədə ixraca nəzarət tədbirləri tətbiq etməsindən sonra bu ehtiyac daha da aktuallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti