...

Braziliyada tropik qasırğada ölənlərin sayı 40-a çatıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 13:55 (UTC +04:00)
Braziliyada tropik qasırğada ölənlərin sayı 40-a çatıb

Bakı. Trend:

Braziliyanın cənub bölgəsində davam edən tropik qasırğada həyatını itirənlərin sayı 40-a çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyanın vilayət qubernatoru Eduardo Leite keçirdiyi mətbuat konfransında ölənlərin sayının arta biləcəyini bildirib.

Qeyd olunub ki, tropik fırtınanın səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ötən həftənin həftə sonundan bu yana 40 nəfər ölüb. Rio Qrande do Sul bölgəsində 900-dən çox xilasedicinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.

Rəsmilər Rio Qrande do Sul bölgəsində 67 qəsəbənin şiddətli tufan və daşqınlardan ziyan gördüyünü, 3000-dən çox insanın təxliyə edildiyini açıqlayıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti