...

Bu ölkə Rusiya qazının ikinci ən böyük istehlakçısına çevrilib

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 20:47 (UTC +04:00)
Bu ölkə Rusiya qazının ikinci ən böyük istehlakçısına çevrilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Rusiyanın təbii qazından daha çox asılı vəziyyətə düşüb, onun iyuldakı tədarükü keçən illə müqayisədə 65% artıb.

Trend xəbər verir ki, bu barədə İspaniyanın Energetika və Ətraf Mühit Nazirliyinin bölməsindən bildiriblər.

Qeyd olunur ki, İspaniya bu ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə 14% az qaz idxal etsə də, Rusiyadan idxalın iyul göstəricisində kəskin artım (65%) baş verib.

Nəticədə, Rusiya qazının ümumi idxalda payı (İspaniya tamamilə xarici qaza bel bağlayır) iyulda 28%-ə yüksəlib. Halbuki 2022-ci ilin eyni ayında bu göstərici 14,5% idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti