...

Makron Reqbi üzrə Dünya Kubokunun açılış mərasimində fitə basılıb

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 01:23 (UTC +04:00)
Makron Reqbi üzrə Dünya Kubokunun açılış mərasimində fitə basılıb

Bakı. Trend:

Fransada keçirilən Reqbi üzrə Dünya Kubokunun ilk oyunundan öncə Prezident Emmanuel Makronun çıxışı tamaşaçılar tərəfindən fitə basılıb.

Trend-in məlumatına görə, Makron kürsüyə qalxarkən fit və uğultulu səslər stadionda əks-səda verib. Çaşqın vəziyyətdə olan Makron Fransa millisini dəstəkləmək çağırışı edib və bundan sonra tribunalar “Go Blue!” (Fransa komandasının qeyri-rəsmi adı – red.) şüarını səsləndirməyə başlayıblar.

Fan zonalarında da Makrona qarşı fit və etirazlar eşidilib.

Reqbi üzrə Dünya Kuboku sentyabrın 8-dən oktyabrın 28-dək Fransanın 9 şəhərində keçiriləcək. Turnirdə 20 milli komanda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti