...

ABŞ Nigerdəki hərbi mövcudluğunu azaldacaq

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 06:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ komandanlığı yaxın həftələrdə öz hərbi kontingentinin yarısını Nigerdən çıxarmağa hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, konkret məlumatlara malik iki ABŞ müdafiə rəsmisi paytaxt Niameydə etirazlar keçirilən zaman ordunun yaxın bir neçə həftə ərzində Nigerdəki mövcudluğunu yarıya qədər azaltmağa hazırlaşdığını bildirib.

“Müdafiə Nazirliyinin nümayəndələrindən birinin sözlərinə görə, nəticədə Nigerdə ​​hərbi qulluqçuların ümumi sayı iyulun 26-da çevrilişdən əvvəl olduğu kimi 1,2 min nəfərdən bir həddə qədər azaldıla bilər (... ) 500 ilə 1 min nəfər arasında”, - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti