...

Putinlə Kim Çen Inın ikitərəfli görüşü başlayıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 10:32 (UTC +04:00)
Putinlə Kim Çen Inın ikitərəfli görüşü başlayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın təkbətək görüşü başlayıb.

Trend xəbər verir ki, Rusiya və Şimali Koreya liderlərinin görüşünün mətbuata açıq hissəsində hər iki lider çıxış edib.

Putin Kim Çen Inla yenidən görüşməkdən məmnun olduğunu bildirərək, bu görüşün mühüm vaxta - Koreya Xalq Demokratik Respublikasının yaradılmasının, diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünə təsadüf etdiyini qeyd edib.

Şimali Koreya lideri də öz növbəsində Rusiya prezidentinə dəvətinə və səmimi qarşılamasına görə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki ölkə liderinin təkbətək görüşündən sonra mətbuat konfransı keçirilməyəcək. Görüşdə Vladimir Putinlə Kim Çen In Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti