...

Kim Çen In Putini Şimali Koreyaya dəvət edib

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 12:34 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Rusiya prezidenti Vladimir Putini Şimali Koreyaya dəvət edib.

Trend xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, təntənəli nahardan sonra Kim Çen In Putini uyğun bir vaxtda Şimali Koreyaya səfər etməyə dəvət edib. Putin dəvəti qəbul edib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib. Səfər çərçivəsindəiki ölkə lideri Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti