...

Türkiyədə koronavirusun yeni variantı aşkarlandı

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 11:08 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə 9 nəfər koronavirusun omikron ştammının yeni versiyası olan "Eris" variantına yoluxub.

Trend xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, "Eris" variantı xaricdə əlaqələri olan insanlarda aşkar edilib.

"Narahatlıq doğuracaq bir hadisə deyil. Mövcud tədbirlərə və gündəlik həyatımıza davam edəcəyik. Bu vəziyyət başqa ölkələrdə yayılıb və bizdə də olacağı ehtimal edilirdi", - deyə F.Koca əlavə edib.

Qeyd edək ki, bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı ("Eris") qeydə alınıb. Bu, omikron ştammının yeni versiyasıdır. Artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir. Yaranmış vəziyyətlə əlaqədar artıq ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-19-a qarşı peyvənd olmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti