...

Bayden gələn həftə Zelenskini qəbul edəcək - Ağ Ev

Dünya xəbərləri Materials 16 Sentyabr 2023 01:14 (UTC +04:00)
Bayden gələn həftə Zelenskini qəbul edəcək - Ağ Ev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden gələn həftə Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan keçirdiyi brifinqdə deyib.

Sallivanın sözlərinə görə, Bayden Nyu-Yorkdan qayıtdıqdan sonra Vaşinqtonda qəbul edəcək. Görüş cümə axşamı, sentyabrın 21-də baş tutacaq.

Bildirilib ki, bu, iki ölkə liderlərinin Ağ Evdə üçüncü görüşü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti