...

Putin ərzaq embarqosunu uzatdı - BU TARİXƏDƏK

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 20:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sanksiyalara cavab olaraq 2014-cü ildə tətbiq edilən ərzaq embarqosunu daha 10 il uzadıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin imzaladığı sərəncamda deyilir.

Məlumata görə, embarqonun bir hissəsi olaraq, iqtisadi sanksiyalar tətbiq edən dövlətlərdən ölkəyə ət və süd məhsulları, balıq, tərəvəz, meyvə və qoz-fındıq idxalı qadağandır.

Qeyd olunub ki, embarqo Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada, Norveç, İslandiya, Lixtenşteyn, Albaniya və Monteneqroya şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti