Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan hollandiyalı həmkarı Hanke Bröyns Slot ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, görüş Türkiyənin xarici işlər nazirinin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət etdiyi Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində baş tutub.
Görüş zamanı ikitərəfli əlaqələr, NATO-nun genişlənməsi, Ukraynada baş verən son hadisələr və Niderlandda Qurani-Kərimə qarşı hücumlar müzakirə edilib.