Bakı. Trend:
Ermənistanda aksiyada müxalif "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyan saxlanılıb.
Trend xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Andranik Tevanyan bir qrup etirazçı ilə birlikdə Saryan küçəsində yolu bağlayıb. Həmin küçədə yerləşən məktəbin şagirdlərinin də bir hissəsi dərsi yarımçıq qoyaraq etirazçılara qoşulublar.
Hadisə yerinə gələn polis Tevanyanı və daha bir neçə nəfəri polis bölməsinə aparıb.
Qeyd edək ki, artıq üç gündür ki, İrəvanda Paşinyan hökumətindən narazı vətəndaşlar etiraz aksiyası keçirir. Onlar baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər. Etirazçılar İrəvanda bir neçə küçəni bağlayıblar.