...

Rusiyadan ilk turist qrupu İrana vizasız rejim əsasında gəlib

Dünya xəbərləri Materials 27 Sentyabr 2023 01:23 (UTC +04:00)
Rusiyadan ilk turist qrupu İrana vizasız rejim əsasında gəlib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan ilk turist qrupu İrana vizasız rejim əsasında uçub.

Trend-in məlumatına görə, bu barədə "IRNA" agentliyi xəbər verib.

Məlumata əsasən, göyərtəsində Rusiya vətəndaşları olduğu təyyarə Tehran beynəlxalq hava limanına enib. Qrup bir neçə gün İranda qalacaq və “turistik yerləri, mədəni və tarixi abidələri” ziyarət edəcək.

Qeyd edək ki, 2023-cü ilin martında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiya və İranın 2023-cü ildə ölkələr arasında vizasız rejim əsasında qrup turist səfərləri haqqında sazişi həyata keçirməyi planlaşdırdığını açıqladı. Sənəd 2021-ci il iyulun 1-də imzalanıb və 15 gündən çox olmayan müddətə 50 nəfərə qədər qruplarda vizasız turist səfərlərinə icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti