...

Türkiyəli nazir BƏƏ-yə getdi

Dünya xəbərləri Materials 3 Oktyabr 2023 13:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə rəsmi səfər edib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə o, öz rəsmi "X" hesabında paylaşım edib.

"Əbu-Dabiyə səfərimiz zamanı Birləşmiş Ərəb Əmirliklərinin dövlət rəsmiləri ilə mühüm əlaqələrimiz oldu. Əvvəlcə investisiya naziri Mohamed Hassan Alsuvaidi, sonra isə sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir ilə görüşdük. Görüşlərimiz zamanı ötən ilin iyulunda iki ölkə arasında imzalanmış enerji sazişlərinin konkretləşdirilməsi üçün izləniləcək yol xəritəsini müzakirə etdik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, iki ölkə arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi martın 3-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın iştirakı ilə keçirilən mərasimdə imzalanıb.

Xəbər lenti

Xəbər lenti