Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, Türkiyədən Qəzzaya humanitar yardım yola salınıb.
Trend xəbər verir ki, humanitar yardım Misir üzərindən Qəzzaya göndəriləcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.