...

Pentaqon 2 min əsgəri Yaxın Şərqə göndərməyə hazır olduğunu təsdiqləyib

Dünya xəbərləri Materials 18 Oktyabr 2023 03:11 (UTC +04:00)
Pentaqon 2 min əsgəri Yaxın Şərqə göndərməyə hazır olduğunu təsdiqləyib

Bakı. Trend:

ABŞ-ın müdafiə naziri Lloyd Ostin HƏMAS-ın İsrailə hücumu ilə əlaqədar Yaxın Şərqə mümkün yerləşdirmə üçün 2000 əsgərin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib, lakin onların yerləşdirilməsi ilə bağlı hələlik qərar verilməyib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

“Nazir Austin bu gün 2000-ə yaxın hərbi personalı və çoxsaylı bölmələri yüksək hazırlıq vəziyyətinə gətirərək Müdafiə Nazirliyinin Yaxın Şərqdə dəyişən təhlükəsizlik mühitinə tez reaksiya vermək qabiliyyətini artıran yerləşdirmə hazırlıqlarını əmr etdi. Hazırda hər hansı qüvvələrin köçürülməsi ilə bağlı qərar qəbul edilməyib”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti