...

Misirdən Fələstinə növbəti yardım bu tarixdə çatdırılacaq

Dünya xəbərləri Materials 21 Oktyabr 2023 14:25 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Misirlə Qəzza sektorunun sərhədində yerləşən “Rafah” nəzarət-buraxılış məntəqəsi humanitar yüklərin növbəti partiyasının Fələstin əhalisinə çatdırılması üçün növbəti dəfə oktyabrın 23-də açılacaq.

Trend xəbər verir ki, CNN telekanalı bu barədə BMT nümayəndəsinə istinadən məlumat yayıb.

Beynəlxalq ictimaiyyət tərəfindən Sinay yarımadasının şimalinda yerləşən Əl-Ariş şəhərinin hava limanına göndərilən humanitar yardımları daşıyan 20 yük avtomobili Qəzza sektoruna keçdikdən sonra nəzarət-buraxılış məntəqəsi bağlanıb. Yüklərin daşınmasına Misirin və BMT-nin Qırmızı Aypara cəmiyyəti nəzarət edib.

Hələ ki, xarici ölkə vətəndaşlarının və ya ikili vətəndaşlığı olan şəxslərin Qəzza sektorundan Misirə keçməsi barədə məlumat verilmir.

Qeyd edək ki, bu gün Misirdən Qəzzaya humanitar yardım çatdıran ilk yük maşınları “Rafah” nəzarət-buraxılış məntəqəsindən keçib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Xəbər lenti

Xəbər lenti